Lemmi “hünər"dən , Makron isə "barışıq" dan danışır
“Beləliklə, bu, Ukraynanın tərəfini tutan müttəfiqlər tərəfindən əsəb, cəsarət, səbr və möhkəmlik üçün kritik vaxtdır”, - Rusiyaya zərbə endirmək üçün raketlərinin istifadəsinə icazə verilməsi ilə bağlı risklərdən narahat olan Ağ Evə tərəddüdünə eyham vuran Lemmi deyib.
Nazir Ukrayna və onun Qərb müttəfiqlərinin ölkənin şərqində kəskin təzyiq altında olan cəbhə xəttini saxlamağa çalışmaqdan başqa, döyüş meydanında Kiyevi dəstəkləmək üçün “daha nə lazım ola biləcəyini” müzakirə etdiklərini vurğulayıb.
- Xarici İşlər naziri kimi mən, əlbəttə ki, əməliyyat təfərrüatlarını şərh etmək fikrində deyiləm. Çünki bu, yalnız Putinə kömək edə bilər. Lakin Ukraynaya qış mövsümə gedən yolda necə dəstək ola biləcəyimizlə bağlı Alyans üzvləri arasında real vaxt rejimində müzakirələr aparılır”, - Devid Lemmi deyib.
Maraqlıdır ki, NATO-nun bir üzvünün Xarici İşlər nazirinin Rusiya ilə müharibədə “şücaətə” çağırması fonunda, alyansın digər üzvü olan Fransanın prezidenti Emmanuel Makron Moskva ilə barışıq haqqında düşünməyin zəruri olduğunu iddia edib.
“Biz Avropanın Siyasi Birliyini (ASB) inkişaf etdirməyə çalışırıq. Lakin Avropa üçün yeni təşkilat forması haqqında düşünməli, sonra Rusiya ilə əlaqələrimiz , bu qitədə sülh haqqında düşünməliyik. Çünki Avroap Aİ və NATO ilə məhdudlaşmır”, - Yelisey sarayının “X” sosial şəbəkəsindəki səhifəsində Makronun Partisdə keçirilən Sülh məsələləri üzrə beynəlxalq konfransdakı çıxışından sitat gətirilir.
Onun fikrincə, Avropa ölkələri də “yeni dünya nizamı”nın qurulmasına diqqət yetirməlidirlər. Belə ki, İkinci Dünya Müharibəsindən sonra yaradılan hazırkı nizam “natamam və ədalətsizdir”.
Açığı Cənubi Qafqazda tarixən təcavüzkar siyasətin daşıyıcısı olan Ermənistanı aktiv şəkildə silahlandıran Makronun “sülh” çağırışı və “ədalətli dünya nizamı” barədə iddiaları absurd səslənir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Lemmi Makron hünər barışıq