Derbidə "Galatasaray" qalib gəldi

Derbidə "Galatasaray" qalib gəldi
  21 Sentyabr 2024    Oxunub:2291
Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Fənərbaxça" ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, VI turda baş tutan oyun Atilla Karaoğlan tərəfindən idarə olunub.

Bakı vaxtı ilə saat 21:00-da "Ülker" stadionunda başlayan İstanbul derbisi Super Liqa tarixində 135-ci dəfə keçirilib.

İndiyə qədər baş tutan görüşlərin 53-ündə "Fənərbaxça", 37-də "Qalatasaray" qələbə qazanıb, 44 oyun isə heç-heçə nəticələnib.

Qarşılaşma qonaqların üstünlüyü ilə başlayıb. Erkən qollar vuran "Cimbom" ilk hissəni öndə tamamlayıb. "Sarı-qırmızılar" ikinci yarıda daha bir dəfə fərqlənib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb - 1:3.

Hazırda "Qalatasaray" 18 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.

21 sentyabr

Türkiyə Super Liqası

21:00. "Fənərbaxça" - "Qalatasaray" 1:3
Qollar: Edin Dzeko, 63 - Lukas Torreyra, 21, Dris Mertens, 28, Qabriel Sara, 60

AzVision.az





Teqlər:





Xəbər lenti