Cinayətdə şübhəli bilinən 33 nəfər tutulub

Cinayətdə şübhəli bilinən 33 nəfər tutulub
  01 Mart 2018    Oxunub:1029
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 11-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti