Müdafiə Nazirliyi hesabat verdi
20 Yanvar Ümumxalq Hüzn Günü, hərbi hissələrin yaradılmasının ildönümü, Azərbaycanın Milli Qəhrəmanlarının anım mərasimləri və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyət nümayəndələri, veteranlar, tələbələr yaxından iştirak ediblər.
Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə yanvar ayında Müdafiə Nazirliyi tərəfindən 87 rəsmi məlumat, 53 foto, 8 video material hazırlanıb və media nümayəndələrinin 9 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılmasına 2 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri keçirilən 6 tədbirə dəvət olunublar.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Hesabat