Muğam sənətinin başlıca göstəriciləri müəyyən edildi

Muğam sənətinin başlıca göstəriciləri müəyyən edildi
  29 Yanvar 2018    Oxunub:2345
Azərbaycan muğam sənətinin başlıca göstəriciləri müəyyən olunub.
AzVision.az xəbər verir ki, bu, yeni hazırlanan “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsində əks olunub.

Qanunun 1-ci maddəsində bildirilir ki, özündə ifaçılıq, bəstəkarlıq və poeziyanı birləşdirən Azərbaycan muğam sənəti Azəbaycan xalqının milli-mədəni və mənəvi sərvətidir. Azərbaycan muğam sənəti ümumilli səciyyə daşımaqla Azərbaycan xaqlının yaradıcı istedadının, özünəməxsus xüsusiyyətləri və milli bənzərsizliyi ilə dünyada seçilən yüksək bədii, estetik və elmi təfəkkürünün ifadəsidir.

Azərbaycan muğamının başlıca göstəriciləri aşağıdakılardır:

Muğam sənəti məktəbləri – Bakı-Abşeron, Şuşa-Qarabağ, Şamaxı-Şirvan, Gəncə, Şəki, Naxçıvan, Lənkəran, Göyçə, Borçalı, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Mərənd, Marağa, Xoy, Səlmas, Dərbənd

Muğamların növləri- muğam dəstgahları (Rast dəstgahı və Rast ailəsinə daxil olan Mahnur hindi, Orta Mahnur, Bayatı Qacar, Qatar, Dügah, Şur dəstgahı və Şur dəstgahı ailəsinə daxil olan Rahab, Şahnaz, Bayatı-Kürd, Dəşti, Segah və Segah ailəsinə daxil olan Zabul segah, Mirzə Hüseyn segahı, Xaric segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun, kiçik həcmli muğamlar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Muğam   Milli-Məclis   Qanun  





Xəbər lenti