Erməni abituriyentlər Rusiya Neft və Qaz Universitetində pulsuz təhsil alacaqlar

Erməni abituriyentlər Rusiya Neft və Qaz Universitetində pulsuz təhsil alacaqlar
  25 Sentyabr 2024    Oxunub:297
Ermənistandan olan abituriyentlər İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində bakalavr pilləsində pulsuz təhsil almaq imkanı əldə edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, proqramda Ermənistan vətəndaşlığı olan 30 yaşına çatmamış şəxslər iştirak edə bilərlər. Abituriyentlər riyaziyyat, fizika, kimya, rus dili fənləri üzrə imtahan və müsahibə nəticələrinə əsasən seçiləcəklər. İlkin olaraq 10 nəfər bu şansı qazanacaq. Təhsilini başa vuran həmin 10 məzun “Qazprom Ermənistan” QSC-də işlə təmin olunacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti