Azərbaycanda Cümhuriyyət parkı yaradılsın! - TƏKLİF

Azərbaycanda Cümhuriyyət parkı yaradılsın! - TƏKLİF
  29 Yanvar 2018    Oxunub:1869
Azərbaycanda Cumhuriyyət parkının salınması təklif olunub.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bugün keçirilən iclasında komitə sədri Rəfael Hüseynov deyib. Komitə sədri bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucadılmalıdır:

“Belə fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də bilər. Amma parkın salınması vacibdir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cümhuriyyət   Park   Milli-Məclis  





Xəbər lenti