Vəkilliyə namizədlərin imtahan nəticələri açıqlandı

Vəkilliyə namizədlərin imtahan nəticələri açıqlandı
  28 Yanvar 2018    Oxunub:16164
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.
İmtahanın nəticələri saat 18:05-dən etibarən Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin internet saytında elan edilib.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb. Ən yüksək nəticə 90 bal olub.

Nəticələrlə BURADAN tanış ola bilərsiniz.

AzVision.az


Teqlər: Vəkillər-Kollegiyası   İmtahan  





Xəbər lenti