Prezident koreyalı həmkarına başsağlığı verib

Prezident koreyalı həmkarına başsağlığı verib
  27 Yanvar 2018    Oxunub:1678
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar koreyalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Koreya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti