AzVision.az xəbər verir ki, iclasda komitə sədri Eldar İbrahimov ötən ilin payız sessiyasında görülən işlər barədə məlumat verib. Daha sonra komitə sədri yaz sessiyasının qanunverici işlər planını təqdim edib.
E.İbrahimov bildirib ki, qanunverici işlər planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” və bir sıra qanunlara dəyişiklik layihələri var.
Sonra iclasda “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilməsi müzakirə olunub.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Anar Kəlbiyev