Nyu-Yorkda Elmar Məmmədyarovun görüşü

Nyu-Yorkda Elmar Məmmədyarovun görüşü
  28 Sentyabr 2013    Oxunub:1023
Azərbaycanın 2014-cü ildə Avropa Şurasında sədrliyi ilə əlaqədar məsələlər müzakirə edildi
BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Şurasının Baş katibi Torbörn Yaqland ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın 2014-cü ildə Avropa Şurasında sədrliyi ilə əlaqədar məsələlər və təşkilat ilə Azərbaycan arasında fəaliyyət planı müzakirə edilib.

Görüş zamanı Elmar Məmmədyarov Azərbaycanın təşkilat çərçivəsində fəaliyyəti və təşkilatda gələcək sədrliyi dövründə prioritetləri barədə qarşı tərəfə məlumat verib.


Teqlər:  





Xəbər lenti