Sığorta agentliyi yaradılacaq

Sığorta agentliyi yaradılacaq
  27 Sentyabr 2013    Oxunub:1128
Səhiyyə Nazirliyi Azərbaycan səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi məsələsinə aydınlıq gətirib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.

Onun sözlərinə görə, səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin sürətləndirilməsi məqsədilə prezident tərəfindən təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”nda da xüsusi bənd qeyd edilib: “İcbari tibbi sığorta sisteminin tətbiqinin sürətləndirilməsi məqsədilə sözü gedən Agentliyin təşkil olunaraq fəaliyyətə başlaması gözlənilir”.

AzVision.az



Teqlər:





Xəbər lenti