İrandan gələn turistlərin sayı azalıb
“Turizm şirkətləri elektron viza vasitəsilə ölkəmizə bir neçə qrupların gətirilməsinə müvafiq oldular. Bu proses gedir, deyim ki, pis də getmir. Onu qeyd etməliyəm ki, bu ilin yarımilliyində ölkəmizə İrandan gələn turistlərin sayında azalma olub.
Ölkəyə gələn turistlərin sayında 10 faiz artım olsa da, təxminən 8 faiz civarında İrandan gələnlərin sayı azalıb. Bu normal prosesdir. Bu məsələyə hansısa siyasi don geyindirmək istəmirəm. Bu sadəcə maraqların tənzimlənməsidir. Düşünürük ki, prioritet istiqamət həmişə olduğu kimi qonşu ölkələrdir. Bu sahədə də əməkdaşlıqq mövcuddur. Çünki indi İran müəyyən keçid dövrünü yaşayır. Yeni rəhbərlik və strukturlarla imzaladığımız müqaviləyə sadiq qalaraq, danışıqlar aparacağıq. Ümidvaram ki, bu elə də böyük problem deyil”.
Sevinc İltifatqızı
Teqlər: