Məmmədyarov xarici işlər nazirlərinin iclasında
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında sahəvi əməkdaşlığın uğurla davam etdiyini qeyd edən nazir Elmar Məmmədyarov, bu əməkdaşlığın dərinləşdirilməsinin dövlətlər arasında daha sıx əlaqələrin yaradılmasına və beynəlxalq aləmdə birgə səylərlə çıxış etmələrinə imkan yaradacağını bildirib.
GUAM xarici işlər nazirlərinin şurası tərəfindən tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlar ilə əlaqələr, BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə çıxarılacaq “BMT və “Demokratiya və iqtisadi inkişaf naminə təşkilat-GUAM” arasında əməkdaşlıq” adlı qətnamə layihəsi, nəqliyyat, turizm, iqtisadiyyat, mədəniyyət, elm və energetika kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
AzVision.az