`Turizmlə bağlı dövlət proqramının vaxtı bitir`

`Turizmlə bağlı dövlət proqramının vaxtı bitir`
  27 Sentyabr 2013    Oxunub:1296
“Azərbaycanda Əmək və Əhalini Sosial Müdafiə Nazirliyi tərəfindən fiziki cəhətdən əziyyət çəkən insanlarımız üçün müxtəlif səyahətlər təşkil olunur”.
AzVision.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Sosial turizmdən danışan nazir fiziki cəhətdən əlil insanların nazirliklər tərəfindən istirahətə göndərildiyini bildirib. “Həm ölkə daxilində, həm də ölkə xaricində bu təşkil edilir. Biz Həmkarlar İttifaqının xəttiylə bu sosial turizmin inkişafına önəm veririk. Həmkarlar İttifaqı bu turizmlə maraqlanan təşkilatlara xüsusi güzəşt təşkil edir. Düşünürəm ki, bu düzgün istiqamətdir”.

Turizmlə bağlı dövlət proqramından danışan nazir qeyd edib ki, bu il proqramın vaxtı bitir: “Amma düşünürəm ki, yeni proqramın hazırlanması Azərbaycanda yeni turizm qanunvericiyi əsasında qoyulmalıdır. Ona görə biz ilkin qüvvəmizi yeni Turizm haqqında Qanunun tətbiq olunmasına və işlənməsinə yönətməliyik. Bundan sonra dövlət proqramı hazırlanacaq. İlk iki dövlət proqramının vəzifəsi ondan ibarət idi ki, biz turizmin inkişafına təkan verək və turizmin istiqamətləri müəyyənləşdirildi. Dövlət lazımı addımlar atdı, təbliğat aparıldı. Turizm şirkətlərinin, mehmanxanaların sayı artdı. Bu o deməkdir ki, vətəndaşlarımız həm ölkə daxilində həm də ölkədən kənarda istirahətə gedirlər. İslahatlar artıq özünü sübut edib”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti