Nazir “qara siyahı” ya düşən turistlərdən danışdı

Nazir “qara siyahı” ya düşən turistlərdən danışdı
  27 Sentyabr 2013    Oxunub:1005
“İşğal atında olan torpaqlarımıza turlar təşkil edilir”.
AzVision.az xəbər verir ki, bu sözləri Ümumdünya Turizm Gününə həsr olunmuş konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O, qeyd edib ki, xarici ölkənin vətəndaşları turlar vasitəsilə işğal altında olan torpaqlara səfər edirlər.

“Azərbaycan hər zaman bəyan edir ki, torpaqlarının 20 faizi işğal altındadır və bura turların təşkil edilməsi qadağandır. Hətta Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağa səfər edən şəxslərlə bağlı “qara siyahı” tətbiq edib və ora gedənlər həmin siyahıya düşüb. Amma, bütün bunlara baxmayaraq, yenə də işğal altında olan torpaqlara turlar təşkil edilir və turistlər həmin bölgəyə səfər edirlər”.

Qeyd edək ki, bu gün Ümumdünya Turizm Gününə həsr olunmuş konfrans və müxtəlif təqdimatların keçirilib. Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Azərbaycan Turizm Universitetinin rektoru Cəfər Cəfərli çıxış ediblər.


Teqlər:  





Xəbər lenti