İmtahan fənlərinin sayı 2015-ci ildə artırılacaq
“Biz fənləri əvvəlcədən elan edəcəyik. Uşaqlar öz seçimlərindən əlavə iki fənn seçəcəklər. Yəni uşaqlar özləri hansı fəndən buraxılış imtahanı vermək istədiklərinə qərar verəcəklər. Müzakirələrə davam edir ola bilər ki, Azərbaycan tarixi, Coğrafiya, Biolgiya, Fikzika, Kimya və ya xarici dil olsun. Fənlərin artırılması məsələsi artıq hüquqi müstəvidə qəbul olunub”.
Attestat ballarının nəticələrinin qəbulda nəzər alınmasına gəlincə isə
Məleykə Abbaszadə bu sahədə dəyişikliklərin də 2015-ci ildə olacağını deyib.
“Bu dəyişikliklər 2014-cü ilə aid deyil. 2014-cü ildə 9 illik təhsil bazasında texnbikomlara qəbul üçün bu ilin məzunları ilə yanaşı əvvəlki illərin məzunları da müraciət edə bilər. Orta ixtisas məktəbinə buraxılış imtahanlarının nəticələri ilə də qəbul ola bilər. Qəbul imtahanları isə yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək”,-deyə TQDK sədri bildirib.