Ürək transplantasiyasında problem
Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, ürək transplantasiyasının qarşısında duran ən böyük problem (bütün dünyada və ölkəmizdə) donor çatışmazlığıdır : `Dünyada ürək transplantasiyası gözləyən xəstələrin cəmi 5% -nə donor tapıla bilir. Bu əməliyyatın icra edilməsi üçün beyin ölümü təsdiqlənmiş donorlara ehtiyac var. Çünki donordan ürək alındıqdan sonra donorun bioloji həyatı başa çatır. Bu fakt da bir çox halda həmin xəstənin ailəsi tərəfindən qəbul olunmur. Qeyd etmək lazımdır ki, donor çatışmazlığı probleminin həlli üçün ən əsas yol "süni ürək cihazlarının" köçürülməsidir. Bu əməliyyat bu gün dünyanın qabaqcıl transplantasiya mərkəzlərində donordan ürək transplantasiyası gözləyən xəstələrə uğurla tətbiq olunur. Bu ilin yanvar ayında respublikamızda ilk dəfə "süni ürək cihazının" köçürülməsi əməliyyatı Mərkəzi Klinikada uğurla həyata keçirilib. Xəstə artıq 8 aydır "süni ürək cihazı" ilə həyatına normal şəkildə davam edir.
AzVision.az