Rəsul Quliyev Milli Şuradan çıxmağa hazırdır

Rəsul Quliyev Milli Şuradan çıxmağa hazırdır
  26 Sentyabr 2013    Oxunub:971
`Mən istərdim ki,Milli Şurada mənimlə əlaqədar müzakirə açılsın.Sözsüz bu iclasa mənim qatılmağım şərtilə. Çünki o müzakirədə mən dediyim sözlərə görə məntiqlə cavab verməliyəm,orada oturan bəziləri də mənim suallarıma cavab verməlidirlər`.
Bunu Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev facebook profilində təmsil olunduğu Milli Şuradan çıxarılma ehtimalından danışarkən deyib:

-Çünki kimlərsə hesab edir ki, mən guya MŞ-nın strategiyasının əleyhinə gedirəm, mən isə hesab edirəm ki, MŞ-nın strategiyasını tamamilə başqa adamlar dağıtdı. Mən Cəmil müəllimin uduzacağını,özü də çox böyük faizlə bilirəm, çünki ölkədə MŞ-nın strategiyası olan heç bir seçki şəraitinin yaradılmasına bəzi üzvülərin ucbatından nail ola bilməmişik. MŞ-nın üzvüləri nəhayətki öz daxillərində demokratiya yaratmağı bacarmalıdırlar. Məni bu müzakirədən sonra MŞ-dan azad etsələr narahat olmaram, əksinə.

AzVision.az



Teqlər:  





Xəbər lenti