Sərdar Cəlaloğlu İqbal Ağazadə ilə görüşündən danışdı
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə ilə görüşünə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, görüşdə seçki ilə bağlı məsələlər müzakirə olunub:
`Biz Qarabağ blokundan iki namizədik, ona görə də bu görüşü keçirdik. Görüşdə seçki prosesini dəyərləndirdik`.
S. Cəlaloğlu həmçinin seçki plakatlarının cırılmasına da münasibət bildirib :`Biz bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK)ya müraciət etmişik. Dövlət orqanlarının vəzifəsidir ki, bu məsələlərdə günahkar olanların qarşısını alsın. Bu plakatları cıranlar Mənzil İstismar Sahə (MİS ) nin işçiləri, məntəqə komissiyasının üzvləri, məktəb direktorlarıdır. Onlara göstəriş verilməlidir`.
Qeyd edək ki, bu gün Ümid Partiyasının mərkəzi ofisində Qarabağ blokuna daxil olan Ümid Partiyasının sədri prezidentliyə namizəd İqbal Ağazadə və ADP sədri,prezidentliyə namizəd Sərdar Cəlaloğlu görüşüb.
Nihadə
Teqlər: