Nazirlik internet klublardakı məktəblilərə tədbir görəcək
-Hər bir şagirdin formalaşmasında məktəblə yanaşı, ailənin də mühüm rolu vardır. Valideynlər öz övladlarının təhsil almasında, onların bir şəxsiyyət kimi formalaşmasında üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər.
Məktəb direktorları və sinif rəhbərləri bu işə məsuliyyətlə yanaşmalı, müəllimlərlə valideynlər birgə təşəbbüslər həyata keçirməli və valideyn komitələri bununla bağlı məsələlərə cəlb olunmalıdır.
Bu məsələ Təhsil Nazirliyinin hər zaman diqqətindədir və nazirlik bu problemin həlli edilməsi üçün ayrı-ayrı reydlərin keçirilməsini deyil, daha sistemli və davamlı iş aparılmasını məqsədəuyğun hesab edir.
AzVision.az