Avropada təhsilin vəziyyəti Bakıda müzakirə olunacaq

Avropada təhsilin vəziyyəti Bakıda müzakirə olunacaq
  26 Sentyabr 2013    Oxunub:1000
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin «Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti» mövzusunda dəyirmi masa keçirilib.
Bu gün Bakıda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika İttifaqının ev sahibliyi ilə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin «Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti» mövzusunda dəyirmi masası öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, Mərkəzi və Şərqi Avropanın, eləcə də Asiyanın 25 ölkədə təhsil üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından 72 nümayəndənin iştirak etdiyi dəyirmi masanın açılış mərasimində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin direktoru Martin Romer, təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iştirak edib.

İclasın birinci günündə «İqtisadi idarəçiliyin Avropada təhsil sektoruna təsiri», «Böhranın müəllimlik sənətinə təsiri, «İqtisadi böhranın ali təhsil sektoruna təsiri», «Təhsil işçilərinin iş şəraitinə təsirlər», «Kəmərsıxma (qənaət) tədbirlərinə alternativ yanaşmalar» və s. mövzuda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, dəyirmi masa öz işini sentyabrın 27 və 28-də davam etdirəcəkdir. Tədbirin növbəti günlərində «Kollektiv danışıqlar / Mərkəzi və Şərqi Avropada sosial dialoq», «İqtisadi böhranın təsirinə qarşı həmkarlar ittifaqlarının strategiyası və Mərkəzi Şərqi Avropa sosial dialoqun gücləndirməsi, o cümlədən təqdimat», «Təhsildə bərabər imkanların təmin edilməsi», «Mərkəzi və Şərqi Avropa Ölkələrində keyfiyyətli təhsilin təmin edilməsində çətinliklər» və s. mövzular ətrafında müzakirələr aparılacaq.



Teqlər:  





Xəbər lenti