YAP-çılar Oftalmologiya Mərkəzində
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, bu gün səhiyyənin inkişafı dövlətin qarşısında duran prioritet istiqamətlərdəndir. Ölkənin hər yerində ən müasir standartlara cavab verən diaqnostika müəssisələrinin açıldığını, səhiyyə obyektlərinin əsaslı şəkildə təmir edildiyini qeyd edən sədr bildirib ki, bütün bunlar aparılan məqsədyönlü siyasətin nəticələridir.
O, son 10 ildə ictimai həyatın bütün sahələrinin Prezidentin diqqət mərkəzində olduğunu bildirib və qeyd edib ki, son 10 ildə Azərbaycan regionun liderinə çevrilib, nəhəng enerji layihələri reallaşıb. Mürəkkəb geosiyasi mövqeyə malik olan ölkəmiz uğurlu siyasət nəticəsində inkişaf edir. Seçki prosesindən və təbliğat-təşviqat kampaniyasından danışan YAP Binəqədi rayon təşkilatının sədri çıxışının sonunda hər kəsi prezident seçkilərində aktiv olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıb.
Teqlər: