İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
  26 Sentyabr 2013    Oxunub:1462
Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidenti Uhuru Keniattaya başsağlığı verib.
Başsağlığında deyilir: "Nayrobi şəhərindəki ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni qətiyyətlə dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".


Teqlər:  





Xəbər lenti