Səs ver səbəb ol xoş günlərə...- VİDEO

Səs ver səbəb ol xoş günlərə...- VİDEO
  25 Sentyabr 2013    Oxunub:1052
Qarşıdan gələn seçkilərdə gənclərin iştirakının artırılması, xüsusilə ilk də səs verəcək gənclərin seçki prosesinə daha fəal cəlb olunmasını hədəfləyən "Səs Ver" kampaniyası ilk video çarxını təqdim edib.

AzVision.az xəbər verir ki, bir neçə gün öncə ictimaiyyətə təqdim olunan "Səs Ver" kampaniyası Mərkəzi Seçki Komissiyası və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb. Kampaniyanın yaradılmasında məqsəd qarşıdan gələn prezident seçkilərində gənclərin seçki prosesinə fəal iştirakını təmin etməkdir.

Qeyd edək ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək. Onlardan 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.







Teqlər:  





Xəbər lenti