Meriya prezidentliyə namizədləri gözləyir

Meriya prezidentliyə namizədləri gözləyir
  25 Sentyabr 2013    Oxunub:1079
Cavabımız hazırdır
Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyevin mitinqlə bağlı müraciətinə cavab verib.

Bu barədə AzVision.az-a İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq müraciətlərə baxılıb :`Cavablar hazırdır. Milli Şuranın, Müasir Müsavat Partiyasının seçilərlə görüşü ilə bağlı müraciətinə baxılıb. Onlara xəbərdarlıq etmişik, cavabları götürmək üçün nümayəndələrini göndərə bilərlər. Həmçinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)nın sədri Qüdrət Həsənquliyev də seçiciləri ilə görüşmək üçün bizə müraciət edib. Həmin müraciətin də cavabı hazırdır`.

Qeyd edək ki, sentyabrın 27-də prezidentliyə namizəd Qüdrət Həsənquliyev, sentyabrın 29-da isə Cəmil Həsənli və Hafiz Hacıyevin seçicilərlə görüşü nəzərdə tutulub. Görüşün keçirilməsinə icazə üçün namizədlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti