Gülər Əhmədovanın işi məhkəməyə göndərildi - EKSKLÜZİV

Gülər Əhmədovanın işi məhkəməyə göndərildi - EKSKLÜZİV
  25 Sentyabr 2013    Oxunub:1021
Gülər Əhmədovanın işi sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib. Prokurorluğun məlumatına görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti