Oktyabrın 27-dən qış vaxtına keçirik

Oktyabrın 27-dən qış vaxtına keçirik
  25 Sentyabr 2013    Oxunub:1058
Oktyabrın 27-də, saat 5:00-da saatın əqrəbləri bir saat geri çəkilməklə, ölkə ərazisində qış vaxtına keçiriləcək.

Bunu açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı ilə Azərbaycanda yay və qış vaxtına keçid tətbiq edilir.

Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti