Nazirlikdən idmançılarımızın ermənilərlə davasına reaksiya
“Ukraynada Kunq-Fu idman növü üzrə Avropa çempionatında azərbaycanlı idmançı Orxan Mehdiyev erməni idmançısına qalib gəlib. Bu məğlubiyyəti isə erməni idmançı həzm edə bilməyib. Ona görə də erməni komandası qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb. Bu isə Azərbaycan komandasının etirazına səbəb olub və komandalar arasında konfilikt yaşanıb. Bu insidentdə bizim idmançılar qaldırılan bayrağı cırıb, yerə atıblar.
Bizim nümayəndə heyətinin anındaca ermənilərin təxribatına cavab verməsi və bayrağı cırması təşkilatçılara da bir etirazdır ki, bir daha belə hallara şərait yaratmasınlar”-deyə nazirlik rəsmisi qeyd edib.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: