Ermənistanda 5 bal gücündə zəlzələ olub
Qeyd olunub ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
"Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib.Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori rayonunun Metsavan, Katnarat və Privolnoye kəndlərində hiss olunub", - məlumatda qeyd edilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Zəlzələ