Rumıniyada seçki keçirilir
Xatırladaq ki, noyabrın 24-də Rumıniyada prezident seçkisinin birinci turu keçirilmiş və yerli mediada “rusiyapərəst” sayılan Kelin Corcesku qalib gəlmişdi. Noyabrın 28-də ölkənin Konstitusiya Məhkəməsi MSK-nin səsləri yenidən sayması ilə bağlı qərar çıxardı. Əgər Konstitusiya Məhkəməsi seçkinin nəticəsini tanısa, ikinci tur dekabrın 8-də olacaq. Əks halda, dekabrın 15-də təkrar seçki keçiriməlidir.
Tariyel Həsənov
AzVision.az