Bəşər Əsəd müxalifətə qarşı PKK/YPG ilə birləşir

   Bəşər Əsəd müxalifətə qarşı    PKK/YPG ilə birləşir
  01 Dekabr 2024    Oxunub:447
Müxalif silahlı qruplaşmalar Hələbi ələ keçirəndən sonra Bəşər Əsəd rejimi onlara qarşı birgə mübarizə aparmaq üçün PKK/YPG ilə müttəfiq olmaq qərarına gəlib.
Türkiyənin NTV kanalının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla yaydığı məlumata görə, bu məqsədlə Suriya hakimiyyəti Fərat çayının şərqindəki torpaqlarda terror təşkilatının fəaliyyəti üçün şərait yaradacaq.

Məlumata görə, Fəratın şərq sahilindən xeyli kürd terrorçusu PKK/YPG-yə məxsus ağır silahlarla birlikdə Hələb bölgəsinə gətirilib.

Türkiyənin təhlükəsizlik orqanları Suriyanın şimalında gedən proseslərin PKK/YPG terror təşkilatı üçün yeni fürsətlər yaradacağından narahatdırlar. Onların fikrincə, indiki şəraitdə Tel-Rıfat şəhəri ilə Suriyanın şimalı-şərqi arasında bir terror dəhlizi açıla bilər. Hələ ki Suriya Milli Ordusu Rakka-Hələb yolunu kəsərək, onların bu planı həyata keçirmələrinə imkan vermir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Suriya  





Xəbər lenti