Suriya ordusu 400-dən çox terrorçunu məhv edib
Məlumata görə, terrorçular arasında əcnəbi muzdlular da var.
Bundan əvvəl Suriya Müdafiə Nazirliyi Hələb və İdlib əyalətlərində hökumət qüvvələri ilə terrorçular arasında döyüşlərin başladığını elan edib. “Həyat Təhrir əş-Şam” terror təşkilatına aid qruplar gərginliyin azaldılması sazişini pozaraq, əhalinin məskunlaşdığı ərazilərə və hərbi obyektlərə hücum ediblər. Suriya ordusunun cavab tədbirləri nəticəsində terrorçular xeyli itki verib.
Həmidə İbrahimova
AzVision.az