Minimum pensiya və əmək haqqı nə qədər olacaq? |
Onun sözlərinə görə, digər məqam əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40.320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasıdır. Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb: "Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması və pensiya məbləğinə əlavə edilməsi yaxşı olardı. Bu baxımdan, diferensial yanaşmaya ehtiyac var”.
Həmidə İbrahimova
AzVision.az