Ermənistanın mindən çox yük maşını Larsdan keçə bilmir

Ermənistanın mindən çox yük maşını Larsdan keçə bilmir
  02 Dekabr 2024    Oxunub:396
Ermənistana məxsus mindən çox yük maşını Şimali Osetiyada "Yuxarı Lars" keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini keçə bilmir.
Bu barədə Sputnik Armeniya məlumat yayıb. Qeyd edilib ki, onlar elektron növbə üçün dayanıblar.

"Ümumilikdə, son məlumatlara görə, növbə üçün 3509 yük maşını qeydiyyatdadır. Onlardan 1021-i erməni yük maşınıdır ki, onlar da Gürcüstana geçmək üçün elektron növbə üçün dayanıblar".- nəşr yazıb.

Qeyd edilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində- Larsdan keçən yol bütün növ nəqliyyat vasitələri üçün açıqdır. Lakin pis hava şəraiti və yolun müxtəlif hissələrində əks hərəkətin olması səbəbindən sıxlıq davam edir.
Statistikaya görə, hər gün Yuxarı Larsdan təxminən ermənilərə məxsus 150 yük maşını keçir.
Xatırladaq ki, Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə yol Gürcüstan Hərbi Yolu adlandırlan yoldur ki, burada da Lars keçidi yerləşir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti