Pekin Vilnüsün qərarından narazıdır

Pekin Vilnüsün qərarından narazıdır
  02 Dekabr 2024    Oxunub:357
Çinin Xarici İşlər nazirliyi Litvanın üç çinli diplomatı persona non qrata elan etmək qərarını qəbuledilməz adlandırıb.
AzVision.az xəbər verir ki, Çinin rəsmi mediası ölkənin Xarici İşlər nazirliyinin (XİN) adı açıqlanmayan nümayəndəsinin Pekinin bu əsassız və təxribat xarakterli qərarını pislədiyini və tanımadığını dediyini yazıb.

“Noyabrın 29-da Litva Xarici İşlər nazirliyi heç bir izahat vermədən Çinin Litvadakı nümayəndəliyinin əməkdaşlarını persona non-qrata elan edib və onlara ölkəni tərk etməyi əmr edib. Çinin Litvaya qarşı cavab tədbirləri görmək hüququ var”, – Çinin Xarici İşlər nazirliyinin sözçüsü xəbərdarlıq edib.

Litvanı Çinin suverenliyinə və ərazi birliyinə xələl gətirməyi dayandırmağa, ikitərəfli münasibətləri çətinləşdirməməyə çağıran Pekin, Vilnüsün ilk dəfə deyil ki, iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb olan qərarlar qəbul etdiyini xatırladıb.

Qeyd edək ki, keçən həftə mətbuatın yazdığına görə, Litva üç çinli diplomatı persona non-qrata elan edərək, ölkədən çıxmaq üçün onlara bir həftə vaxt verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   Litva   dipıomatiya  





Xəbər lenti