Qafqazdan Suriyaya qədər: Blinken Hakan Fidanla danışıb

 Qafqazdan Suriyaya qədər:  Blinken Hakan Fidanla danışıb
  01 Dekabr 2024    Oxunub:396
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Türkiyə XİN-in yaydığı məlumatda deyilir ki, iki ölkənin rəsmiləri Ukrayna və Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Söhbətin əsas mövzularından biri Suriyadakı son vəziyyət olub. Hakan Fidan ölkəsinin bölgədə qeyri-sabitliyi artıracaq hallara qarşı olduğunu, Suriyadakı gərginliyin azaldılmasını dəstəklədiyini bildirib.

Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün hakimiyyətlə müxalifət arasında siyasi prosesin vacibliyini qeyd edən Fidan mülki şəxslərə qarşı hər hansı terror fəaliyyətinə heç vaxt imkan verməyəcəklərini vurğulayıb.

Nazir həmçinin Livan və İsrail arasında qüvvəyə minən atəşkəs rejiminin davamlılığının, Qəzza zolağında atəşkəsin dərhal bərpa olunmasının və humanitar yardımların bölgəyə çatdırılmasının zəruriliyini vurğulayıb.


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti