Peskov: "Suriyaya dəstəyi davam etdirəcəyik"

   Peskov:    "Suriyaya dəstəyi davam etdirəcəyik"
  02 Dekabr 2024    Oxunub:383
"Rusiya Suriyanı dəstəkləməyə davam edəcək, Moskva hazırda bu ölkədə cərəyan edən prosesləri təhlil edir".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

O qeyd edib ki, Kremı Dəməşq ilə müvafiq səviyyələrdə əlaqələri davam etdirir.
"Təhlilimiz nəticəsində vəziyyəti sabitləşdirməsi üçün nələrin lazım olması ilə bağlı mövqe formalaşacaq”, - Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşib. Silahlı müxalifət Hələb və digər şəhərləri tutmağa çalışır. Suriya Hərbi Hava Qüvvələri və Rusiya hava kosmik Qüvvələri isə Hələbin şərqində terrorçuların mövqelərinə zərbələr endirib. Nəticədə onlarla silahlı və hərbi texnika məhv edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti