Türkiyəli analitik: "Ukraynaya nüvə hücumu məntiqli görünmür"

  Türkiyəli analitik:   "Ukraynaya nüvə hücumu məntiqli görünmür"
  02 Dekabr 2024    Oxunub:384
Rusiya Ukraynaya yüksək səviyyədə ziyan vura bilər. Moskva Ukraynanın istənilən ərazisindəki obyektlərə raket zərbəsi ilə Kiyevi ciddi şəkildə də xərcə sala bilər. Bunun üçün qeyri-nüvə ballistik raketlərindən yararlanmaq da kifayət edir.
Rusiya mediasının yaydığı məlumata görə, bunu türkiyəli politoloq Mehmet Çağatay Gülər ​​deyib.

General: "Novaya Zemlya poliqonu nüvə sınaqlarına hazırdır"
“Əslində, Rusiyanın indi Ukraynaya nüvə raketləri ilə hücumu məntiqli görünmür. Çünki hazırda bu ölkə Ukrayna daxilində istənilən bölgəyə yüksək zərər vura biləcək ballistik raketlərlə hücum həyata keçirə bilər və istədiyi xərcləri də yarada bilər”,- o, qeyd edib.

Politoloqun fikrincə, Moskvanın nüvə doktrinasını yeniləməsi fonunda Rusiya ilə NATO arasında toqquşma riski də yaranıb. O əlavə edib ki, yeni Rusiya doktrinası ilə hərbi ittifaqların dairəsini genişləndirib. Bundan əlavə, yenilənmiş sənəddə qeyd edilir ki, suverenliyə təhlükə yarandığı təqdirdə Rusiya Federasiyası özünün nüvə gücü ilə cavab verə bilər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti