Atmosfer təzyiqinin sirləri
“Amma hava kütləsinin böyük hissəsi, təxminən 99,9%-i yer səthindən 48 kilometr aşağıda cəmləşib”, - Ratqers universitetinin professoru Entoni Brokkoli bildirir.
Hava insan bədənindən çox yüngül olsa da, bütün bu kütlə nəzərəçarpacaq dərəcədə təzyiq göstərir. Bütövlükdə Yer atmosferinin çəkisi 5,1 milyard kiloqram, diametri bir fut (0,3 metr) olan bir hava sütununun çəkisi isə təxminən 754 kiloqramdır. Lakin bədənə bərabər paylandığı üçün bu təzyiq bizi əzmir.
Professor Brokkoli qeyd edir ki, hava təzyiqi təkcə yuxarıdan deyil, hər tərəfdən gəlir. Bundan əlavə, bədənimiz belə şəraitə uyğunlaşıb: bədəndə təzyiq altında olan daxili hava atmosferin təsirlərini kompensasiya edir.
- Orqanizmin bu uyğunlaşması bizə normal atmosfer təzyiqində özümüzü rahat hiss etməyə imkan verir, hər kvadrat santimetrə 1 kiloqram hava kütləsi düşür”, - Kanisius universitetinin professoru Maykl Vud, öz növbəsində, vurğulayır.
Bununla belə, hava təzyiqinin kəskin şəkildə dəyişdiyi mühitlərdə, məsələn, təyyarə havaya qalxdıqda, daxili təzyiq xarici təzyiqi bərabərləşdirənə qədər bədən müvəqqəti narahatlıq hiss edə bilər.
Kosmosda hava təzyiqinin olmaması orada skafandrsız qalmağı mümkünsüz edir. Belə şəraitdə, təzyiq bərabərləşənə qədər, bədənin daxili təzyiqi onun şar kimi şişməyə məcbur edərdi.
Bu baxımdan, Yerin atmosferi həyatın dəstəklənməsində əsas rol oynayır, təkcə oksigeni deyil, həm də orqanizmin fəaliyyəti üçün zəruri olan sabit təzyiqi təmin edir.
Qeyd edək ki, Karman xətti şərti olaraq Yer atmosferi ilə kosmos arasında sərhəd kimi qəbul edilən və dövlətlərin yuxarı həddi sayılan dəniz səviyyəsindən yüksəklikdir. Macar əsilli amerikalı alim Teodor fon Karmanın şərəfinə belə adlandırılıb.
Sahil İsgəndərov
AzVision.az