Britaniya Suriyadakı böhrana görə Əsədi günahlandırır

Britaniya Suriyadakı böhrana görə Əsədi günahlandırır
  02 Dekabr 2024    Oxunub:324
Britaniya Xarici İşlər Nazirliyi Suriyadakı böhrana görə Bəşər Əsədi günahlandırıb.
AzVision.az xəbər verir ki, nazirlik bildirib ki, Əsəd rejiminin siyasi proseslərdə iştirakdan imtina etməsi, Rusiya və İranla yaxın münasibətləri son hadisələrə səbəb olub.

Nazirlik ölkədə humanitar böhranın qarşısını almaq üçün bütün tərəfləri mülki şəxsləri və infrastrukturu qorumağa çağırıb.

Bəyanatda deyilir: “Əsəd rejiminin siyasi proseslərdə iştirakdan israrlı imtinası mövcud böhranın əsasını təşkil edib”.

O, Suriya rejimini BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində danışıqlarda iştirak etməyə çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti