Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb
Yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 70 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).
Namizədlər tibbi müayinədən keçmək üçün 4 dekabr 2024-cü il tarixdən 6 dekabr 2024-cü il tarixədək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).
Əlavə məlumat almaq üçün 361-00-76, 361-00-77, 361-00-78, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
AzVision.az
Teqlər: