MSK qərar verdi, yekun protokollar hazırlanacaq

MSK qərar verdi, yekun protokollar hazırlanacaq
  24 Fevral 2018    Oxunub:1666
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Seçki Məcəlləsinə əsasən dairə və məntəqə seçki komissiyalarının sayı qədər səsvermənin nəticələrinə dair yekun protokol hazırlanmalıdır.

İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti