Yük maşınından 94 kq narkotik tapılıb

Yük maşınından 94 kq narkotik tapılıb
  24 Fevral 2018    Oxunub:1423
Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasından 26 il ötür.
AzVision.az-ın məlumatına görə, ötən illər ərzində muxtar respublika gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb.

Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması,şəffaflığın təmin edilməsi, gömrük-biznes əməkdaşlığının artırılması məqsədilə informasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin arealı ilbəil genişləndirilir.

Naxçıvan gömrüyü muxtar respublikamızın iqtisadi mənafeyini və təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Gömrük xidmətində hədəflərin idarə olunması sistemi, müasir texnika və avadanlıqlarla təchiz edilən mobil qruplar fəaliyyət göstərir. Bu sahədə görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq son illər hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir.

2017-ci ilin iyun ayında Şahtaxtı sərhəd-keçid məntəqəsində muxtar respublika üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitəsindən 94 kiloqrama yaxın narkotik vasitə - heroin aşkarlanması Naxçıvan gömrükçülərinin transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində böyük nailiyyətidir.

Gömrük orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də daxili bazarın qorunmasıdır. Bu sahədə görülən işlər xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır.

Son illərdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərir. Naxçıvan Muxtar Respublikası dünyanın 63 ölkəsi ilə ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsində ixrac əməliyyatlarının həyata keçirildiyi ölkələrin miqyasının ilbəil genişlənməsi müşahidə olunan mühüm yeniliklərdəndir.

AzVision.az


Teqlər: Naxçıvan   Gömrük  





Xəbər lenti