Naxçıvanda fəxri ad alanlara 50 manat veriləcək

Naxçıvanda fəxri ad alanlara 50 manat veriləcək
  24 Fevral 2018    Oxunub:2050
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 50 manat müəyyən edilib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 iyul tarixli 203-01/S nömrəli Sərəncamının 1-ci hissəsində “30 manat” sözləri müvafiq olaraq “50 manat” sözləri ilə əvəz edilir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Təqaüd   Artım  





Xəbər lenti