Azərbaycanda ötən gün 103 cinayət törədilib

Azərbaycanda ötən gün 103 cinayət törədilib
  24 Fevral 2018    Oxunub:1215
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunub.

Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Həbs   Polis  





Xəbər lenti