Nazir Cocuq Mərcanlıda qəbul keçirib - Fotolar
Səfər zamanı, həmçinin bölgənin ədliyyə işçiləri və hakimləri ilə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması qeyd edilib, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyi bildirilib. Cocuq Mərcanlı kəndinə səfər çərçivəsində ədliyyə naziri və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Eyni zamanda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dövlət başçısının tapşırıqlarına uyğun olaraq qısa müddətdə görülmüş geniş quruculuq işləri, o cümlədən müasir infrastruktur, həmçinin yeni tikilmiş məscid və məktəb binası ilə tanış olunub, binada ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulub, Ədliyyə Nazirliyi tərəfindən məktəb üçün kompüter dəsti hədiyyə edilib. Həmçinin, yerli sakinlərlə görüşülərək onların şəraiti və qayğıları ilə maraqlanılıb, sovqatlar paylanılıb. Sakinlər kənd azad edildikdən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlı kəndinin yenidən qurulduğunu, insanların təhlükəsiz yaşayışının təmin edildiyini bildirib, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
AzVision.az
Teqlər: Ədliyyə-Nazirliyi Cocuq-Mərcanlı Fikrət-Məmmədov