Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
Komitə sədri bildirib ki, artıq iyirmi dördüncü ildir ki, atəşkəs rejimi elan olunub. Lakin dəfələrlə bu rejim pozulur, nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Bu vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Biz hər hansı bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun- müharibədən əziyyət çəkməsinə qarşıyıq. Lakin təəssüflər olsun ki, atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olmuşdur.
Sonra Konfransın Rabat Bəyannaməsi qəbul edilib.
Uşaqlara qarşı zorakılıq üzrə 13 bənddən ibarət Bəyannamənin aşağıdakı 4 bəndi üzrə Azərbaycan hökuməti tərəfindən təkliflər verilib və qəbul olunub:
“5-ci İslam Konfransının nümayəndələri bəyan edir ki;
6. Biz, konfrans iştirakçıları, Dağlıq Qarabağ da daxil olmaqla 4 ərazi üzrə (Dağlıq Qarabağ, Suriya, Kəşmir, Rohincalar) işğal olunmuş, müharibə vəziyyətində, çətin şəraitdə, münaqişəli ərazilərdə yaşayan uşaqların müdafiəsinin təmin edilməsi məqsədilə aidiyyəti beynəlxalq strukturları beynəlxalq qanun və Konvensiyalar çərçivəsində humanitar yardım və sosial xidmətlərin göstərilməsinə çağırırıq.
7. Uşaqların qayğısına qalmaqda və onların zorakılıqdan qorumasında valideynlərin və ailələrin əsas rolunu vurğulayaraq, ailə institutunu və uşaq hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərən bütün strukturları zəruri fəaliyyət göstərməyə, uşaqların qorunmasına dəstək olmağa səsləyirik.
8. Uşaqların istənilən növ xoşagəlməz hallardan, həmçinin məktəblərdə, idman sahələrində, qayğı mərkəzlərində, yaşayış yerlərində, uşaqlar üçün xüsusi sosial xidmət müəssisələrində zorakılıqdan qorunması, xüsusilə, silahlı qüvvələr tərəfindən uşaqlara qarşı törədilmiş zorakılığın qarşısının alınması, ümumilikdə onların sağlamlığının qorunması, təhsil və sosial xidmətlərin təmin edilməsi, onların reabilitasiyası və inteqrasiyasına çağırırıq.
9. Uşaqlar və onların himayədarlarının zorakılıq halları barədə məlumatların verilməsi və ümumiləşdirilməsində əlçatanlığın təmin edilməsi məqsədi ilə mexanizmlər yaradılmalıdır, eyni zamanda, uşaqlara yaradılmış mexanizm haqqında məlumat verilməlidir, bunun üçün daha təhlükəsiz, praktik, effektiv və əlçatan mexanizmlər inkişaf etdirilməlidir”.
AzVision.az
Teqlər: Hicran-Hüseynova İSESCO