Vasif Talıbov pensiyaçılara güzəştə getdi
Bildirilib ki, həmin tapşırığın icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri arasında müqavilələr imzalanıb. Bundan sonra kənd yerlərində yaşayan pensiyaçıların istəklərinə əsasən onlar öz pensiyalarını rayon mərkəzlərinə getmədən, əlavə vaxt itirmədən və vəsait sərf etmədən həmin yaşayış məntəqələrindəki poçt bölmələrindən ala bilərlər.
Bunun üçün kənd yerlərində yaşayan pensiyaçılar istədikləri halda Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə və “Naxçıvanpoçt” MMC-nin yerli poçt bölmələrinə müraciət edə bilərlər. Sığorta-pensiya sistemində həyata keçirilən tədbirlər çərçivəsində pensiyaların ödənilməsində mütərəqqi forma və metodların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu gün pensiyaların həm plastik kartlarla, həm də poçt şöbələri vasitəsilə ödənilməsi xidmət səviyyəsinin daha da yüksəldilməsinə və kənd yaşayış məntəqələrinin sakinləri olan pensiyaçıların rahatlığının təmin olunmasına hesablanıb.
AzVision.az