Kürdə suyun səviyyəsi azalıb
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 52 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 6, Salyanda 10, Bankədə 9 santimetr azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 (2017-ci il fevralın 5-də 474 sm), Şirvanda 251 (2017-ci il fevralın 5-də 349 sm), Salyanda 201 (2017-ci il fevralın 5-də 317 sm), Bankədə 195 (2017-ci il fevralın 5-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 117 santimetr (2017-ci il fevralın 5-də 196 sm) təşkil edir.
AzVision.az